Məşhurlarımızın OLİMPİYA SEVİNCİ
Bizi izləyin

İdman

Məşhurlarımızın OLİMPİYA SEVİNCİ

Rio-de-Janeyro şəhərində təşkil olunan XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan 56 idmançı ilə təmsil olundu. Millimiz 18 medal -1 qızıl, 7 gümüş və 10 bürünc qazandı. Medal sayı baxımından London-2012-də göstərdiyi nəticəni yenilədi. Qızıl medalı Azərbaycana taekvondoçu Radik İsayev gətirdi.

Qələbə xəbəri Azərbaycan xalqını sevincə qərq edib.

Tanınmışlarımız təəssüratlarını Publika.az-la bölüşüb.

Xalq artisti, tanınmış bəstəkar Siyavuş Kərimi idmançılarımızın qələbəsini Azərbaycanın qalibiyyəti kimi qiymətləndirib:

“Azərbaycan kiçik dövlətdir, amma dünya ölkələri ilə yarış meydanına daxil olub uğurlara imza atdı. 1 qızıl, 7 gümüş və 10 bürüncə layiq görüldülərlər. Bu xəbəri yaxşı mənada həyəcanla qarşıladım. Ölkə prezidenti də qalibi təbrik etdi. Bu o deməkdir ki, idmanımız, idmançılarımız daim dövlətmizin qayğısı və diqqəti ilə əhatə olunub. Bundan öncə idmançılarımız Londanda da uğur qazanmışdı. Bu qələbə London qələbəsini yenilədi. Xalqımızı, idmançılarımızı. dövlət başçımızı təbrik edirəm”.

Xalq artisti Zülfiyyə Xanbabayeva idamançılarımızın uğurunu ölkəmizin qələbəsi kimi dəyərləndirib:

“Sevincimdən gözlərim yaşardı. Azərbaycan kimi kiçik bir ölkəninin dünya səviyyəsində uğur qazanmasını həyəcansız izləmək mümkün deyildi. Mən qürur hissi keçirdim. Bu, bizim Londonda qazandığımız qələbəninin davamı idi. İnşallah hələ bu qələbə xəbərləri çox olacaq. Azərbaycan bayrağının xarici ölkədə dalğalanması, idmançılarımızın Azərbaycan adını göylərə ucaltması fəxarətdir. Artıq Azərbaycan idmançılar ölkəsidir, bunula fəxr etməyə dəyər”.

Qələbə xəbərindən sevinən əməkdar incəsənət xadimi Baba Vəziroğlu necə ruhlanıbsa, idmançılarımıza şeir ithaf edib:

“Braziliya İsmayıllının Buynuz kəndindən daha möhtəşəm görünürdü. İdmançılarımızı ən yüksək pillədə görəndə duyğulandım və şeir doğuldu. Yaxın zamanlarda o şeirə bəstələnmiş musiqini də eşidəcəksiniz. İdmançılarımızı və xalqımızı təbrik edirəm. Ölkə başçımızın idmana göstərdiyi qayğı və diqqətin daha bir nəticəsini biz Braziliya qələbəsində gördük”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm