İdman
Van Damm Zabit Səmədovu belə təbrik etdi - FOTOLAR
Dünyaca məşhur aktyor Jan Klod Van Damm idmançımız Zabit Səmədovu təbrik edib.
Publika.az xəbər verir ki, bu barədə teleaparıcı Hacı Nuran instaqramda status yazıb.
“Bu gün Hollivud ulduzu, əfsanəvi döyüşçü Jan Klod Van Damm Qroznı şəhərində Çeçenistan Muxtar Respublikasının ilk prezidenti Əhməd Hacı Kadırovun xatirəsinə həsr olunan peşəkar kikboksinq turnirində Kikboksinqin WBC Muay Thai versiyası üzrə dünya çempionu adını qazanan, dəfələrlə dünya və Avropa çempionu olan, peşəkar kikboksinq üzrə müxtəlif yarışların qalibi, həmyerlimiz Zabit Səmədova zəng edərək qələbə münasibətilə təbrik etdi: “Qardaşım Zabit, sən bunu bacardın. Əhsən sənə! Afərin! Uğurların daha da çox olsun. Sənin tez bir zamanda Azərbaycanda keçirilən döyüşünü canlı izləmək mənə nəsib olsun”. Bu sözləri Van Damm dedi, mən də tərcümə etdim” , - deyə qeyd edib.
Aytən
-
Cənubi Qafqaz11:21
Gürcüstanda dövlət çevrilişi hazırlanır - Görün hansı ölkələrin əli var
-
Hadisə10:49
Vəzifəli şəxs cinayət başında yaxalandı
-
Dünya10:15
Türkiyənin gücü Avropanı heyrətləndirdi - Təsiri bu bölgələrə qədər genişlənib
-
Region09:36
Qərbin Gürcüstanla Ermənistandakı etirazlara fərqli münasibəti - Erməniləri məyus edən nədir?
-
Dünya09:12
Putinin Pekin səfəri: Görün sağ və solunda kimlər oturub
-
Nəqliyyat08:40
Bakıda bu yollarda tıxac var - SİYAHI
-
Nəqliyyat07:10
Yanğına görə bağlanan yollar açıldı - YENİLƏNDİ
-
İdman06:49
Makqreqorla döyüşə razılıq verdi: Böyük adam kiçik cücəyə qarşı