Ermənistanda sabiq deputat həbs edildi
Bizi izləyin

Region

Ermənistanda sabiq deputat həbs edildi

Ermənistanda keçmiş deputat Araqats Axoyan həbs edilib.

Publika.az xəbər verir ki, İstintaq Komitəsinin məlumatına görə, aldatma və etibardan sui-istifadə yolu ilə özgənin əmlakının xüsusilə külli miqdarda oğurlanması ilə bağlı bir neçə fakt müəyyən edilib. İstintaqın məlumatına görə, 2010-14-cü illərdə o, mənzil və qaraj almaq üçün 6 vətəndaşdan 274 milyon 712 min dram, təmir üçün isə 6800 dollar alıb.

Bu müddətdə daha bir neçə analoji epizod üzə çıxıb, on milyonlarla dramlıq fırıldaqlar həyata keçirilib. Mayın 15-də Axoyan saxlanılıb, daha sonra həbs edilib.

O, Cinayət Məcəlləsinin 255-ci maddəsinin 3-cü hissəsi (2 epizod) və 256-cı maddəsinin 3-cü hissəsinin 3-cü bəndi ilə ittiham olunub.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm