İdman
Çempionlar Liqası başlayır – QRUPLAR, TƏQVİM

Avropanın ən nüfuzlu klub turnirinin qrup mərhələsi bu gün start götürür. Çempionlar Liqasının yubiley – 25-ci mövsümü həmişəki kimi futbol azarkeşlərinə böyük həyəcan, zövqlü qarşılaşmalar, maraqlı duellər, gözlənilməz nəticələr vəd edir. İndi ürəyi futbolla döyünən azarkeşlər bu mövzuda danışarkən bir-birlərinə verdikləri əsas sualları təxmin etmək çətin deyil: “Çempion kim olacaq?”, “Görəsən hansı nəhəng klub qrupda qalacaq?”, “Qrup mərhələsinin sensasiyasına kim imza atacaq?, “Bombardir kim olacaq?”, “Messi və ya Ronaldo neçə top vuracaq?”...
Təbii ki, bütün suallara turlar ötdükcə aydınlıq gələcək. Əsas odur ki, “Barselona”, “Real”, “Bavariya”, Qvardiolanın gəlişindən sonra “Mançester Siti”, “Yuventus” yenə də favorit kimi göstərilirlər.
Çempionlar Liqasında 8 qrupda ilk iki yeri tutanlar pley-offa vəsiqə qazanacaqlar. Qrup 3-cüləri ənənəvi olaraq yoluna Avropa Liqasında davam edəcək. 2016/17 mövsümünün finalı İyunun 3-də Kardiffdəki “Millenium”da oynanacaq.
Qrupların tərkibləri ilə tanış olun
A qrupu: PSJ (Fransa), Arsenal (İngiltərə), Bazel (İsveçrə), Ludoqorets (Bolqarıstan)
B qrupu: Benfika (Portuqaliya), Napoli (İtaliya), Dinamo K (Ukrayna), Beşiktaş (Türkiyə)
C qrupu: Barselona (İspaniya), Mançester Siti (İngiltərə), Borussiya M (Almaniya), Seltik (Şotlandiya)
D qrupu: Bavariya (Almaniya), Atletiko (İspaniya), PSV (Hollandiya), Rostov (Rusiya)
E qrupu: ÇSKA M (Rusiya), Bayer (Almaniya), Tottenhem (İngiltərə), Monako (Fransa)
F qrupu: Real (İspaniya), Borussiya D (Almaniya), Sportinq (Portuqaliya), Legiya (Polşa)
G qrupu: Lester (İngiltərə), Porto (Portuqaliya), Brügge (Belçika), Kopenhagen (Danimarka)
H qrupu: Yuventus (İtaliya), Sevilya (İspaniya), Lion (Fransa), Dinamo Z (Xorvatiya)
UEFA Çempionlar Liqasında 2016/17 mövsümünün təqvimi
Qrup mərhələsi
1-ci tur: 13-14 sentyabr
2-ci tur: 27-28 sentyabr
3-cü tur: 18-19 oktyabr
4-cü tur: 1-2 noyabr
5-ci tur: 22-23 noyabr
6-cı tur: 6-7 dekabr
1/8 final
İlk oyunlar: 14-15 fevral (2017) və 21-22 fevral (2017)
Cavab oyunları: 7-8 mart və 14-15 mart
1/4 final
İlk oyunlar: 11-12 aprel
Cavab oyunları: 18-19 aprel
1/2 final
İlk oyunlar: 2-3 may
Cavab oyunları: 9-10 may
Final
3 iyun
Pərviz Hikmət

-
MDB02:00
Moskvada avtomobili insan izdihamının üstünə sürdü - Saxlanıldı
-
Qoroskop01:40
Günün ulduz falı: Romantik münasibətlərdə qərar anıdır
-
Nida Xəbər 00:35
Azərbaycan son 40 gündə 6 qələbə qazandı
-
Sosial11 İyul 21:43
Kabinetində nalayiq hərəkətlərə yol verən şöbə müdiri işdən çıxarıldı
-
Yaxın Şərq11 İyul 21:31
HƏMAS-ın 6 komandiri öldürüldü
-
Sağlamlıq11 İyul 19:00
Xəbərdarlıq: Sabah günorta saatlarında evdən çıxmayın!
-
Kriminal11 İyul 18:30
Könülün ölümü ilə bağlı cinayət işi açıldı
-
Sosial11 İyul 17:06
Pensiya alanların nəzərinə