Qalıb müəyyənləşmədi
Bizi izləyin

İdman

Qalıb müəyyənləşmədi

Sentyabrın 18-də futbol üzrə Azərbaycan Premyer Liqasında beşinci tura start verilib. İlk oyun günündə iki qarşılaşma keçirilir.

Əvvəlcə “Sumqayıt” doğma meydanda Gəncənin “Kəpəz” klubunu qəbul edib. Turnir cədvəlində qonşu olan komandaların görüşü hər iki tərəf üçün böyük əhəmiyyət kəsb edib. Bu günədək ölkə çempionatlarında 12 dəfə üz-üzə gələn rəqiblərin bugünkü oyununda qalib müəyyənləşməyib.

Belə ki, ilk hissədə sönük keçən matçın ikinci hissəsi daha məhsuldar olub. Vaqif Cavadov 69-cu dəqiqədə vurduğu qolla “Sumqayıt”ı hesabda irəli çıxarıb-1:0. Üç dəqiqə sonra Kərim Diniyevin vurduğu qolla “Kəpəz” tarazlığı bərpa edib-1:1. Görüş heç-heçə başa çatıb.

Tur hazırda “İnter” - “Neftçi” görüşü ilə davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm