İdman
Şok! 16 yaşlı oğru “Qarabağ”ın legionerlərini soyub-talayır
"Qarabağ"ın futbolçularının, xüsusən legionerlər əşyalarını itməsiylə əlaqədar mətbuatda məlumatlar yayılıb.
Ağdam klubunun braziliyalı legionerləri-Reynaldo və Riçard Almeydaya məxsus əşyalar komandanın məskunlaşdığı bazadan yoxa çıxıb. "Çağırılmamış qonaq" braziliyalılara aid idman geyimlərini, bahalı butsıları və qiymətli saatları götürüb.
Publika.az xəbər veriri ki, bu haqda məlumatı “Sport Favorit” qəzetinə bazada qalan yeniyetmə futbolçular verib. Maraqlıdır ki, “Qarabağ”ın məskunlaşdığı bazanın-“Ruslan-93”ün rəhbərliyi yeniyetmələrdən oğurluq faktını açıb-ağartmamağı tələb edib: "Biz bilirik bunu kim edir. Bir uşaqdı, 16 yaşında. Bizimlə qalan başqa klubun futbolçusudu.
Rayondan gəlib. Anası onunla görüşməyə gələndə bizdən xahiş edir ki, uşağı darıxmağa qoymayın, lazım olanda pul verin, mən sonra sizə verərəm. Ona deməyə utanırıq ki, ay xala, sənin uşağın bazada soymadığı adam qoymayıb. O uşaq legionerlərin əşyalarını hansı otaqda qoyduqlarını bilir.
Onlar fitness salonuna gedəndə başlayır "əməliyyata". Bir neçə dəfə güdmüşük, görmüşük oğurladıqlarını aparıb yığır öz otağına. Uşaqlarla sözü bir yerə qoyduq ki, oğurladıqlarını götürüb legionerlərin özlərinə qaytaraq. Ancaq bazanın rəhbərliyindən bizə dedilər ki, açıb-ağartmayın, bir tədbir görərik".
Məsləyə münasibət bildirən "Qarabağ"ın baş meneceri Asif Əsgərovu faktı təkzib edib: “Oğurluq? Nə oğurluq? Bu, kiminsə təxəyyülüdü? Qardaş, oğurluq olmayıb bizdə. Düzdü, nəsə itə bilər. Heç nə olmayıb desəm, yalan çıxar. Elə təlim-məşq toplanışlarına gedəndə də hərdən nəsə itir. Paltarı veririk yumağa, sabahsı nəsə bir şort, forma itir. Sonra axtarırlar ki, paltaryuyanın içində qalıb. Bu cür hadisələr hərdən olur. Bu, o demək deyil ki, oğurluqdu. Bizdə oğurluq olmayıb. Nə legioner, nə də yerli futbolçuların heç nəyi oğurlanmayıb. Kiminsə üstünə şər atmaq yaxşı deyil. Şəxsən mən bu cür hadisənin şahidi olmamışam”.
-
Dünya06:28
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək