Hakan Şükürün adını daha bir stadiondan sildilər – FOTO
Bizi izləyin

İdman

Hakan Şükürün adını daha bir stadiondan sildilər – FOTO

Türkiyə futbolunun canlı əfsanəsi, hakim Ədalət və İnkişaf Partiyasından (AKP) istefa verən müstəqil millət vəkili Hakan Şükürün adı daha bir stadiondan götürülüb. Publika.az xəbər verir ki, İstanbulun Esenyurt rayon stadionundan Hakan Şükürün adının olduğu tabel sökülüb.

Arenaya yeni ad veriləcəyini bildirən stadion əməkdaşları bunun böyük ehtimalla Turqut Özal olacağını qeyd ediblər.

Xatırladaq ki, bir müddət əvvəl də analoji hadisə baş vermiş, Sancaktepedeki stadiondan Hakan Şükürün adı götürülmüşdü.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm