İdman
“Fənərbaxça”nı Bakıda darmadağın etdilər
Futzal üzrə UEFA Kubokunun Bakıda keçiriləcək “Dördlər finalı”nın hazırlaşan “Araz” iki yoxlama oyunu keçirib. Publika.az xəbər verir ki, Naxçıvan təmsilçisi hər iki matçda rəqiblərini darmadağın edib.
İlk oyunda "Araz"ın rəqibi güclülər dəstəsində çıxış edən klubların yığma komandası olub. "Dördlər finalı"nda çıxış edəcək klubumuz 6:0 hesablı qələbə qazanıb. "Araz"ın heyətində Davi dubl edib, Vitali Borisov, Marko Periç, Adriano Folya və Kristian Çujeç hərəyə 1 qol vurub.
İkinci oyunda isə Joze Alesionun yetirmələri Azərbaycan çempionatında çıxış edən “Fənərbaxça”nı sınağa çəkib. Naxçıvan təmsilçisi bu dəfə 6:1 hesablı qələbəyə sevinib. Yenə Davi dubl edib, Folya, Çujeç, Fabian və Auqusto hərəyə 1 dəfə fərqlənib.
Qeyd edək ki, “Araz” aprelin 24-də keçiriləcək yarımfinalda İspaniya “Barselona”sı ilə görüşəcək.
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə3 May 21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil3 May 20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü
-
Kriminal3 May 19:50
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı işdə şahidin YALANI ÜZƏ ÇIXDI