İdman
İddia – “Neftçi”ni türk məşqçi çalışdıracaq
"TRT Avaz" kanalında efirə gedən “Futbol Avrasiya” verilişində "Neftçi" ilə bağlı maraqlı iddia səslənib. Publika.az xəbər verir ki, Bakı klubunun yayda baş məşqçisini dəyişəcəyi bildirilir.
Bir müddət əvvəl yayda komandanı tərk edəcəyini deyən Böyükağa Hacıyevin yerini türk mütəxəssisin tutacağı iddia olunub. Bildirilib ki, bu posta hazırda Şenol Günəş və Rza Çalımbay namizəddir.
Qeyd edək ki, Şenol Günəşin son iş yeri "Trabzonspor" olub. (2009-2013). 1988-1989, 1993-1997 və 2004-2005 mövsümlərində də Trabzon klubuna başçılıq etmiş mütəxəssis "Boluspor", "İstanbulspor", "Antalyaspor", "Sakaryaspor" və Cənubi Koreyanın "Seul" klublarını çalışdırıb. 2000-2004-cü illərdə Türkiyə millisinə başçılıq etmiş 61 yaşlı mütəxəssis DÇ-2002-nin və bir il sonra keçirilən Konfederasiyalar Kubokunun bürünc medalını qazanıb.
Rza Çalımbay isə bu mövsüm "Çaykur Rizəspor"a başçılıq edib (2013/14). 51 yaşlı mütəxəssis əvvəllər "Göztəpə", "Dənizlispor", "Beşiktaş", "Ankaraspor", "Eskişəhərspor" və "Sivasspor" klublarını çalışdırıb.
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı