İdman
Azərbaycanlı gimnast birinci oldu
Ötən həftənin sonunda Sloveniyada idman gimnastikası üzrə "B" kateqoriyalı Dünya Kuboku yarışları keçirilib.
Publika.az-ın Azərbaycan Gimnastika Federasiyasının mətbuat
xidmətindən aldığı xəbərə görə, Azərbaycan gimnastı Anna Pavlova bu
yarışların qalibi olub.
Təsnifatın yekunlarına əsasən Anna Pavlova dörd mümkün finaldan
ikisinə - tir üzərində hərəkətlərə və müxtəlif hündürlüklü paralel
tirlər üzərində təmrinlərə vəsiqə alıb.
Uzunluğu 5 metr, eni isə cəmi 10 santimetr (!) olan üfüqi alət
Annanın akrobatik elementlərinə, tullanma və 360 dərəcə dönmə
hərəkətlərinə imkan verməyib. Nəticədə, Anna bu alətdə dördüncü
yerlə kifayətlənməli olub. Lakin bizim gimnast qızımız müxtəlif
yüksəklikdə yerləşən iki üfüqi tir üzərində "uçuşları" ən yüksək
səviyyədə yerinə yetirib. Pavlova paralel tirlər üzərində
kombinasiyanı praktiki olaraq səhvsiz icra edərək, Belarusdan və
İsveçrədən olan əsas rəqiblərini geridə qoyub.
Ölkəmizin ikinci gimnastı Marina Nekrasova da iki finalda (sərbəst
hərəkətlər və təkanla tullanma) yarışıb və hər iki halda dördüncü
nəticə göstərib.
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?
-
Nəqliyyat08:25
Bu yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
-
İdman08:20
Reşford yenə gecə klubunda: Bu dəfə kolumbiyalı gözəllə – FOTO