ÇL: Növbəti alman-ispan duelləri, “Beşiktaş” “Dinamo”ya qarşı
Bizi izləyin

İdman

ÇL: Növbəti alman-ispan duelləri, “Beşiktaş” “Dinamo”ya qarşı

Bu gün futbol üzrə Çempionlar Liqasında daha 8 oyunla 2-ci tura yekun vurulacaq.

Bu gün futbol üzrə Çempionlar Liqasında daha 8 oyunla 2-ci tura yekun vurulacaq.

Publika.az xəbər verir ki, Türkiyənin "Beşiktaş" klubu Ukrayna "Dinamo"sunu qəbul edəcək. İstanbul komandası ev oyununda 3 xal qazanacağı təqdirdə qrupun digər görüşünün nəticəsindən asılı olmayaraq ən azı ikinci yerə yüksələcək. B qrupunun digər oyununda İtaliya "Napoli"si Portuqaliyanın "Benfika" klubunu qəbul edəcək.

Gecənin daha bir maraqlı oyunu İspaniyada baş tutacaq. Madrid "Atletiko"su Almaniyanın "Bavariya" klubunu sınağa çəkəcək. D qrupunda hər iki komandanın 3 xalı var və qələbə qazanan tərəf liderliyə yüksələcək. Qrupun digər oyunu Rusiya "Rostov"u ilə Hollandiya PSV-si arasında keçiriləcək.

Növbəti ispan-alman duelində “Barselona” Münhenqladbaxda “Borussiya”nın qonağı olacaq.

Çempionlar Liqası. Qrup mərhələsi, 2-ci tur

28 sentyabr

A qrupu

22:45 Arsenal (İngiltərə) - Bazel (İsveçrə)

22:45 Ludoqorets (Bolqarıstan) - PSJ (Fransa)

"Arsenal" - 1, PSJ - 1, "Bazel" - 1, "Ludoqorets" – 1

B qrupu

22:45 Beşiktaş (Türkiyə) - Dinamo K (Ukrayna)

22:45 Napoli (İtaliya) - Benfika (Portuqaliya)

"Napoli" - 3, "Benfika" - 1, "Beşiktaş" - 1, "Dinamo" – 0

C qrupu

22:45 Borussiya M (Almaniya) - Barselona (İspaniya)

22:45 Seltik (Şotlandiya) - Mançester Siti (İngiltərə)

"Barselona" - 3, "Mançester Siti" - 3, "Borussiya" - 0, "Seltik" - 0

D qrupu

22:45 Ateltiko (İspaniya) - Bavariya (Almaniya)

22:45 Rostov (Rusiya) - PSV (Hollandiya)

"Bavariya" - 3, "Atletiko" - 3, PSV - 0, "Rostov" - 0

Oxumağa davam et
Reklam
Reklam

Gündəm