“Qəbələ” “Sent-Etyen” klubuna məğlub olub
Bizi izləyin

İdman

“Qəbələ” “Sent-Etyen” klubuna məğlub olub

Oktyabrın 20-də “Qəbələ” komandası UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində üçüncü turun qarşılaşmasına çıxıb.

Avropa Liqasının qrup mərhələsi çərçivəsində Fransada keçirilən "Sent-Etyen" – "Qəbələ" oyununda hesab açılıb.

Azərbaycan klubu Rikardinyonun avtoqolu sayəsində məğlub vəziyyətə düşüb – 1:0.

"Qəbələ"nin futbolçusu rəqibin 70-ci dəqiqədə cərimə zərbəsindən qapı önünə qaldırdığı topu baş zərbəsi ilə öz qapısına göndərib.

***

Oktyabrın 20-də “Qəbələ” komandası UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində üçüncü turun qarşılaşmasına çıxıb.

“C” qrupunda mübarizə aparan təmsilçimiz səfər matçında “Joffrua Qişar” stadionunda Fransanın “Sent-Etyen” klubu ilə qarşılaşır.

Görüşü Ali Palabıyıkın rəhbərliyi ilə türkiyəli hakimlər briqadası idarə edir. Ona Cem Satman və Əkrəm Kan kömək edirlər.

Matçda “Qəbələ”nin start heyətində Dmitri Bezotosnı, Vojislav Stankoviç, Sergey Zenyov, Ruslan Qurbanov, Asif Məmmədov, Vitali Vernidub, Məhəmməd Mirzəbəyov, Filip Ozobiç, Rikardinyo, Urfan Abbasov və Teo Uiks yer alıblar.

Fransa təmsilçisinin ilk onbirliyində isə Cesi Mulin, Kevin Teofil Katrin, Noaln Ru, Usama Tannane, Henri Saive, Şeyx Mbengi, Cordan Veretut, Ole Selnaes, Florentin Poqba, Kevin Mone Pake və Loik Perrin meydana çıxıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm