
Münhenqladbax “Borussiya”sının sabiq futbolçusu Marselo Pleç 9 il azadlıqdan məhrum edilib.
Publika.az xəbər verir ki, Marselo 2015-ci ilin noyabrında Braziliyada həbs edilmişdi. Onun avtomobilindən 834 paketə qablaşdırılmış 793 kq marixuana aşkar edilmişdi.
Məhkəmə qarşısına çıxarılan sabiq futbolçu 9 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasının yarısını ümumi rejimli həbsxanada keçirəcək. Daha sonra isə o, yarımaçıq həbsxanaya köçürüləcək.
Pleç karyerasını 2011-ci ildə başa vurub.