İdman
Mundialların bombardiri məşqçiliyə başlayır
Futbol üzrə 2018-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Almaniya yığmasının məşqçilər korpusunda dəyişiklik olub.
Publika.az xəbər verir ki, baş məşqçi Yoahim Löv Almaniya Futbol İttifaqı ilə müqavilə müddətini uzatdıqdan sonra komandada çalışmaq üçün 38 yaşlı veteran futbolçu Miroslav Klozeyə dəvət göndərib.
Lakin bu ilin yayından klubsuz qalan Kloze ilə müqavilə imzalanmayıb. Buna səbəb onun məşqçi lisenziyasına sahib olmamasıdır. O, lisenziyanı əldə edənədək təcrübəçi kimi millinin düşərgəsində yer alacaq.
M.Klozenin hələlik 4 matçlıq yığmada olacağı dəqiqləşib. Polşa əsilli hücumçu noyabrın 11-də San-Marino ilə seçmə, dörd gün sonra İtaliya ilə yoxlama matçlarında, həmçinin gələn il martın 22-də İngiltərə ilə yoldaşlıq, 26-da isə millimizlə Bakıdakı matçlarda Lövün komandasında yer alacaq.
2001-2014-cü illərdə Almaniya millisində 137 matça 71 qol vuran Kloze 16 topla Bundestim və eləcə də mundial tarixinin ən məhsuldar oyunçusudur. 2014-cü il dünya çempionatının qalibi olan futbolçunun son klubu “Latsio” olub. O, həmçinin mundiallarda dörd medal qazanan yeganə oyunçu kimi də tarixə düşüb.
-
Magazin105:45
Bu da Röya Ayxandan "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO
-
Sosial21 Dekabr 22:00
Sumqayıtlı gəncə yüksək VƏZİFƏ VERİLDİ
-
MDB21 Dekabr 21:12
Zaxarova Yeni il üçün görün hansı yeməyi hazırlayacaq - "Elə bişiririk ki..."
-
Sosial21 Dekabr 20:24
Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ