Arda Turan: ""Gəl" deyirlərsə, gəlirəm"
Bizi izləyin

İdman

Arda Turan: ""Gəl" deyirlərsə, gəlirəm"

"Çox yaxşı oynamasaq da, lazım olanı aldıq".

Türkiyə millisi DÇ-2018-in seçmə mərhələsində Kosovo ilə keçirdiyi oyunda cari təsnifat mərhələsində ilk qələbəsini qazanıb - 2:0. Oyundan sonra komandanın kapitanı Arda Turan fikirlərini yerli media ilə bölüşüb. Təcrübəli yarımmüdafiəçi bunları deyib:

"Çox yaxşı oynamasaq da, lazım olanı aldıq. Marta qədər vaxtımız var, sonra Dünya çempionatına vəsiqə qazana bilərik. Bizə yaraşan şəkildə oynayacağıq. Kosovo bir çox rəqiblərdən xal ala bilər. Mən də tələb olunanları etdim. Çox yaxşı oynamadım. Amma hesabda rolum olduğunu düşünürəm. Bu formanı şərəflə daışımışam. "Gəl" deyirlərsə, gəlirəm".

Ardanın son cümləsi müəyyən müzakirələrə səbəb olub. Belə ki, onun özünün baş məşqçi Fatih Terimlə əlaqə saxladığı və bundan sonra millinin düşərgəsinə çağırıldığı deyilirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm