İdman
"Netçi"də şok istefa — QALMAQALLI AÇIQLAMA
Tanınmış aktyor Bəhram Bağırzadə ”Netçi”nin Müşahidə Şurasından istefa verib.
B.Bağırzadə bu barədə verdiyi açıqlamada bildirib ki, bir-birinin ardınca səbəbsiz yerə uduzan futbolçuların dəhşətli uğursuzluqlarına görə qızarmaq istəmir. Bir çox sərt iddiaların olduğu qalmaqallı açıqlamanı təqdim edirik:
"Hörmətli azarkeşlər!
Özümü dərk etdiyim həyatım boyu mən “Neftçi” komandasının sadiq azarkeşi olmuşam. Bir neçə il əvvəl bu əfsanəvi komandanın Müşahidə Şurasının üzvlərindən biri olmaq şərəfinə layiq görüldüm. Bütün bu illər boyu şuranın bütün üzvləri “Neftçi” komandasının yenidən Azərbaycan futbolunun “bir nömrəli komandası” olması üçün nəhəng səylər göstərdilər. Mən öz vəzifələrim çərçivəsində daim müxtəlif kreativ layihələr fikirləşirdim və tətbiq etməyə çalışırdım ki, komandanın ictimai imici qalxsın və “Nefçi”nin azarkeşlərini yenidən stadionlara qaytarmağa kömək etsin. Lakin əfsuslar olsun ki, mənim bütün səylərim faydasız oldu, çünki onlar üçün gözəl şərait yaradılmış futbolçular “Netçi”nin yüksək adına uyğun olmaq istəmirlər!
Mən özümü fəaliyyətimin bütün sahələrində uğurlu insan hiss edirəm, lakin mənim uğurum bəxt və ya təsadüfi uğur deyil. Hər şeydən əvvəl, bu, ağır, daimi, gündəlik zəhmətin bəhrəsidir, ona görə mən “Netçin”nin çoxsaylı azarkeşlərinin gözlərində ləyaqətsiz görünmək və meydançada bir-birinin ardınca səbəbsiz yerə uduzan futbolçuların dəhşətli uğursuzluqlarına görə qızarmaq istəmirəm. Öz adımdan bütün azarkeşlərə “Netçi”nin oyunlarına görə aldıqları böyük məyusluq hisslərinə görə səmimi qəlbdən üzr istəyirəm. Qəti surətdə qalib olmaq istəməyənləri məcburən qalib olmağa vadar etmək mümkün deyil!
Hörmətli azarkeşlər, bu vəziyyətlə əlaqədar, mən istefa verirəm və ”Netçi”nin Müşahidə Şurasından gedirəm. Bu qərarı böyük ürək ağrısı ilə verdim, lakin hələ də ümid edirəm ki, mənim sevimli komandam nə vaxtsa layiqli yer tutacaq və bizim Vətənə çoxlu mükafat gətirəcək!!!" (ölke.az)
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman22 Sentyabr 21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”
-
Magazin122 Sentyabr 21:24Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Elm və təhsil22 Sentyabr 19:36BDU-da dərslərlə bağlı belə qərar verildi





















.jpg)










