İngiltərə millisində tarixi debüt: 16 yaşlı futbolçu çağırıla bilər
Bizi izləyin

İdman

İngiltərə millisində tarixi debüt: 16 yaşlı futbolçu çağırıla bilər

İngiltərə millisində tarixi debüt: 16 yaşlı futbolçu çağırıla bilər

İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel qarşıdakı oyunlarda böyük sürprizə imza ata bilər.

Publika.az xəbər verir ki, alman mütəxəssisin “Arsenal”ın 19 yaşadək komandasında çıxış edən 16 yaşlı Maks Doumanı əsas milliyə dəvət etməyi nəzərdən keçirdiyi bildirilir.

“Mirror”un məlumatına görə, Tuxelin bu qərarı verməsinə səbəb qarşıdakı Millətlər Liqası oyunları öncəsi bir neçə əsas futbolçunun zədə səbəbindən heyətdən çıxarılmasıdır. Belə ki, Markus Reşford, Deklan Rays və Koul Palmer də daxil olmaqla beş oyunçu millinin düşərgəsində iştirak etməyəcək.

Douman əsas milliyə dəvət olunarsa, debütü tarixi nəticə ilə yadda qala bilər. 16 yaşlı futbolçu İngiltərə millisinin əsas komandasında meydana çıxan ən gənc oyunçu olacaq. Hazırda bu rekord 17 yaş 75 günlük ikən millidə debüt edən Teo Uolkota məxsusdur.

“Arsenal”ın yetirməsi artıq əsas komandada da mütəmadi şans qazanır. O, Premyer Liqada ilk oyununu 2025-ci ilin avqustunda “Lids”ə qarşı keçirib və meydana sonradan daxil olaraq həmin matçda məhsuldar ötürmə ilə yadda qalıb.

Douman digər rekordlara da sahibdir. O, Çempionlar Liqasında meydana çıxan ən gənc futbolçu olub. 2025-ci ilin noyabrında “Slaviya Praqa”ya qarşı oynayarkən onun 15 yaş 10 ay 4 günü var idi. Bundan başqa, 2026-cı ilin martında “Everton”a qarşı fərqlənərək Premyer Liqada qol vuran ən gənc futbolçu adını qazanıb.

16 yaşlı cinah oyunçusu indiyədək “Arsenal”ın əsas komandasında 15 rəsmi oyunda iştirak edib. Bu görüşlərdə 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

İngiltərə Millətlər Liqasının qarşıdakı mərhələsində İspaniya ilə qarşılaşacaq. Komandanın digər rəqibləri arasında Çexiya və Xorvatiya da yer alır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm