İdman
Blatteri devirirlər-Pele prezidentə qarşı
FIFA-nın sabiq baş katibinin müavini olmuş Jerome Çampaqne 2015-ci ildə qurumun prezidentliyinə namizəd olacaq. Publika.az xəbər verir ki, bu barədə fransız diplomat özü açıqlama verib.
Çampaqne Londonda keçirdiyi mətbuat konfransında gələn il İsveçrədə keçiriləcək seçkidə namizəd olacağını bildirib: "Fərqli bir FIFA-ya ehtiyacamız var. Daha demokratik, daha yaxşı davranış sərgiləyən və daha çox çalışan FIFA".
55 yaşlı fransız diplomatın namizədliyini açıqladığı konfransda veteran futbolçu Pelenin əvvəlcədən lentə alınan müraciəti nümayiş etdirilib. Braziliyalı əfsanə Çampaqnenin namizədliyini dəstəkləyib: "Futbolun gələcəyi üçün böyük önəm daşıyan bu layihədən uzaq qalmayacağam.
Bu səbəbdən Jerome Çampaqneni və platformasını dəstəkləyirəm. Futbol bu günlərdə bir çox uğurun həzzini yaşayır. Ancaq futbol bu gün bir çox problemlə də üz-üzədi. Hər kəsə yararlı olan, güclü və demokratik FIFA vəd edən layihəni dəstəkləyirəm. Eyni zamanda, futbolun inkişaf proqramları davam etdirilməli, XXI əsrə adaptasiya olunmalıdı".
1983-1998-ci illərdə Fransanın Xarici İşlər Nazirliyində müxtəlif vəzifələri tutan Çampaqnenin FIFA-dakı fəaliyyəti Fransada keçirilən 1998-ci il dünya çempionatından başlayıb. Fransa-98-də Diplomatik Məsləhətçi və Təşkilat Komitəsi Protokol bölməsinə rəhbərlik edən diplomat 1999-cu ildən başlayaraq 11 il FIFA-da fəaliyyət göstərib.
O, 1999-2002-ci illərdə FIFA prezidentinin beynəlxalq məsləhətçisi, 2002-2005-ci illərdə baş katibin müavini, 2005-2007-ci illərdə prezident təmsilçisi və 2007-2010-cu illərdə beynəlxalq münasibətlər direktoru vəzifələrini tutub.
Çampaqne 2010-cu ildən bəri Kosova, Fələstin, Konqo və Şimali Kipr Türk Cumhuriyyəti kimi problemli ölkələrin futbol federasiyaları üzrə müstəqil məsləhətçi kimi fəaliyyət göstərir.
-
İdman03:35
Əfsanə Enrikeni ələ saldı: deyirdilər ki…
-
Maraq dünyası02:19
Dünyanın ən lənətlənmiş adası: Kim yaşadısa... - FOTO
-
Region01:50
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO