İdman
43 potensial rəqib bəllidi
Növbəti mövsüm Avropa Liqasında çıxış edəcək 43 komanda müəyyənləşib.
Publika.az xəbər verir ki, bunlardan 36-sı I, 7-si II təsnifat mərhələsindən mübarizəyə başlayacaq. Onlara Azərbaycanın 3 klubu da qoşulacaq. I təsnifat mərhələsində mübarizə aparacaq 2 klubumuzun potensial rəqibi olan 36 komanda səbətlərə bölünüb. Onlardan 9-u “səpələnmişlər”, 18-i “səpələnməmişlər” səbətində yer alıb. 9 komandanın durumu isə hələ qeyri-müəyyəndi. Eyni zamanda Azərbaycan təmsilçiləri hələ məlum deyil. Lakin klublarımızdan ikisinin I təsnifat mərhələsində “səpələnmişlər” səbətində yer alacağı, daha zəiflərlə görüşəcəyi dəqiqdi.
II təsnifat mərhələsinə vəsiqə qazanan 9 klubun səbəti isə hələ bəlli deyil. Bu mərhələdə Azərbaycan Kubokunun qalibi mübarizə aparacaq.
I təsnifat mərhələsi
Səpələnmişlər: Rusenborq (Norveç), Ekranas (Litva), Hafnarfyordur (İslandiya), Höteborq (İsveç), Şaxtyor (Qazaxıstan), Linfild (Şimali İrlandiya), Honka (Finlandiya), Sliqo Rovers (İrlandiya), Birkirkara (Malta).
Səpələnməmişlər: Vikinqur, Torshavn, Fulafyordur (hamısı Farer adaları), Derri, Dandalk (hər ikisi İrlandiya), Rovaniyemi, Vaasa (hər ikisi Finlandiya), Aurbus, Aberisvit (hər ikisi Uels), Banqa, Atlantas (hər ikisi Litva), Kalev, Santos (hər ikisi Estoniya), Kayrat (Qazaxıstan), Styarnan (İslanidya), Dauqava (Riqa, Latviya), Libertas (San-Marino), Kollec (Cəbəllütariq).
Qeyri-müəyyənlər: Hibernian, Slima (hər ikisi Malta), Vaduts (Lixtünşteyn), Hoqesund (Norveç), Nomme Kalyu (Estoniya), Dauqava (Dauqavpils, Latviya), Kruzaders (Şimali İrlandiya), Fram (İslanidya), Astana (Qazaxıstan).
II təsnifat mərhələsi
Qeyri-müəyyənlər: Dinamo, Şaxtyor, Neman (hamısı Belarus), Molde (Norveç), Riyeka (Xorvatiya), AİK (İsveç), Koşitse (Slovakiya).
-
Sosial07:17
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Avropa06:46
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO
-
ABŞ06:16
Ərdən DƏHŞƏTLİ ƏMƏL: arvadını diri-diri basdırdı, 12 saat...
-
Avropa05:15
Ukrayna səmasında QƏRİBƏ PARILTI: ölkənin hər yerində... - FOTO/VİDEO
-
Magazin204:14
Karla Bruni şübhəli şəxs qismində dindirildi
-
Magazin203:13
Məşhur aktisa bəbir naxışlı bikini ilə elə pozalar verdi ki... - VİDEO
-
MDB01:41
Qızılın ixrac rüsumu LƏĞV EDİLDİ - Bu ölkədə
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ