Neymar “Barselona”da 100-cü qolunu vurdu
Bizi izləyin

İdman

Neymar “Barselona”da 100-cü qolunu vurdu

O, 100 qol həddini keçən 3-cü oyunçu olub.

İspaniya La Liqasının 29-cu turunda “Barselona” səfərdə “Qranada” üzərində 4:1 hesablı qələbə qazanıb.

Apasport.az saytının məlumatına görə, matçda son nöqtəni qoyan kataloniyalıların braziliyalı futbolçusu Neymar tarixə düşüb.

Belə ki, görüşün 90+1-ci dəqiqəsində hesabı darmadağın həddinə çatdıran futbolçu bununla da “Barselona” forması ilə 100-cü qoluna imza atıb.

O, bu göstərici ilə Kataloniya klubunun heyətində 100 qol həddini keçən 3-cü oyunçu olub.

İlk iki pillədə isə 130 qolla Rivaldo və 105 qolla Evaristo qərarlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm