Azərbaycan kubokunun finalında "Qəbələ"nin rəqibi “Qarabağ” oldu
Bizi izləyin

İdman

Azərbaycan kubokunun finalında "Qəbələ"nin rəqibi “Qarabağ” oldu

İki oyunun nəticəsinə görə “Qarabağ” final mərhələsinə adlayan komanda olub.

Futbol üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinin digər cavab oyununda Ağdamın “Qarabağ” klubu paytaxt təmsilçisi “Neftçi” ilə qarşılaşıb.

Publika.az xəbər verir ki, baş hakim Əliyar Ağayevin idarə etdiyi matç qarşılıqlı hücumlar şəraitində keçsə də, görüşdə hesab açılmayıb. Qeyd edək ki, bu komandalar arasında ilk yarımfinal qarşılaşması “Qarabağ”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

İki oyunun nəticəsinə görə “Qarabağ” final mərhələsinə adlayan komanda olub.

Azərbaycan kubokunun final qarşılaşması mayın 5-də “Qəbələ” və “Qarabağ” klubları arasında oynanılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm