Ronaldodan Çempionlar Liqasında yeni rekord - - FOTO
Bizi izləyin

İdman

Ronaldodan Çempionlar Liqasında yeni rekord - - FOTO

Ronaldo 100-cü topunu ofsayddan vurub.

"Real"ın futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasında yeni rekorda imza atıb.

Portuqaliyalı hücumçu Avropanın ən nüfuzlu klub turnirində 100 qol həddini keçən ilk futbolçu kimi tarixə düşüb.

O, Almaniya "Bavariya"sı ilə 1/4 final mərhələsinin cavab görüşündə "het-trik" edərək, aktivindəki qolları 101-ə çatdırıb. Amma Ronaldo 100-cü topunu ofsayddan vurub. Təcrübəli forvard 105-ci dəqiqədə fərqlənərkən, macarıstanlı Viktor Kaşşayın başçılıq etdiyi hakimlər briqadası onun oyundankənar vəziyyətdə olduğunu görməyib.

Qeyd edək ki, Kriştiano Ronaldo Çempionlar Liqasındakı qollarından 18-ni İngiltərənin "Mançester Yunayted" klubunda, qalanlarını isə "Real"da vurub. (Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm