1 milyard insanın gözü Bakıda olacaq
Bizi izləyin

İdman

1 milyard insanın gözü Bakıda olacaq

IV İslam Həmrəyliyi Oyunları 1000-dən çox mətbuat nümayəndəsi tərəfindən işıqlandırılacaq.

IV İslam Həmrəyliyi Oyunları 1000-dən çox mətbuat nümayəndəsi tərəfindən işıqlandırılacaq. Əllidən çox ölkədə yayımlanacaq yarışları ümumilikdə bir milyarddan çox tamaşaçının izləyəcəyi gözlənilir.

Publika.az xəbər verir ki, bu barədə IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin yekun iclasında məlumat verilib.

İclasda bildirilib ki, Oyunlarda 57 ölkəni təmsil edən üç mindən çox idmançının iştirakı nəzərdə tutulur. Bu rəqəmlər özlüyündə bir rekorddur. Çünki bu vaxta qədər keçirilən İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin qatılması heç vaxt müşahidə olunmayıb. Atletlər 10 gün ərzində 16 yarış məkanında 23 idman növü üzrə mübarizə aparacaqlar. (AZƏRTAC)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm