• USD 1,7000 0,00% EUR 1,9396 0,00%
    • GBP 2,1676 0,00% RUB 0,0272 0,00%

UEFA rəqiblərimizin adlarını açıqladı

  • İdman
  • 8 İyun 2017 00:46
  • 522 Baxış
UEFA rəqiblərimizin adlarını açıqladı

UEFA Avropa kuboklarında 2018-2019 mövsümünün final oyunlarına namizəd şəhərlərin yekun siyahısını açıqlayıb.

"Report"un məlumatına görə, qitə futbol qurumuna kişi və qadınlar arasında Çempionlar Liqası, eləcə də Avropa Liqası və UEFA Super Kubokunun həlledici qarşılaşması üçün 10 milli assosiasiyadan 14 ərizə ünvanlanıb.

Kişilər arasında Çempionlar Liqasının final matçına 2 namizəd arena - Bakı Olimpiya Stadionu və İspaniyanın paytaxtı Madriddəki "Estadio Metropolitano" olduğu kimi qalıb.

Əvəzində Avropa Liqasının final matçını təşkil etmək istəyən şəhərlərin sayı azalıb. Fevralın 3-də açıqlanmış ilkin siyahıdakı şəhərlərdən Tbilisi (Gürcüstan), Qlazqo (Şotlandiya), Frankfurt və Ştutqart (hər ikisi Almaniya) yekun siyahıda yer almayıb. Beləliklə, bu turnirin həlledici görüşünə də namizəd olan Bakı Olimpiya Stadionu İspaniyanın Sevilya şəhərindəki "Ramon Sançes Pisxuan" və Türkiyənin İstanbul şəhərində "Beşiktaş"a məxsus "Wodafone Arena" ilə rəqabət aparmalı olacaq.

Qadınlar arasında Çempionlar Liqasının final matçı uğrunda da 2 şəhər - Macarıstanın paytaxtı Budapeşt ("Ferentsvaroş Arena") və Qazaxıstanın paytaxtı Astana ("Astana Arena") rəqabət aparacaq. Çexiyanın paytaxtı Praqa ("Eden Arena"), Litvanın Kaunas ("Darius və Girenes" stadionu), Şotlandiyanın Qlazqo ("Hempden Park") və İspaniyanın paytaxtı Madrid ("Xetafe" stadionu) namizədliyini geri götürüb.

UEFA Super Kuboku uğrunda isə Albaniyanın paytaxtı Tirana ("Qemal Stafa" stadionu), Qazaxıstanın paytaxtı Astana ("Astana Arena"), Şimali İrlandiyanın paytaxtı Belfast ("Windsor Park"), Fransanın Tuluza (Tuluza stadionu), İsrailin Hayfa ("Sammi Ofer" stadionu), Polşanın Qdansk ("Arena Gdańsk") və Türkiyənin İstanbul şəhərləri ("Wodafone Arena") yarışacaq. Macarıstanın paytaxtı Budapeşt ("Ferentsvaroş Arena"), Polşanın paytaxtı Varşava (Milli stadion) və Şotlandiyanın Qlazqo şəhəri ("Hempden Park") kənara çəkilib.

UEFA İcraiyyə Komitəsi qaliblərin adlarını sentyabrın 21-də açıqlayacaq.

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR