Boksçumuz Avropa çempionatının FİNALINDA
Bizi izləyin

İdman

Boksçumuz Avropa çempionatının FİNALINDA

Şahsuvarlı sabah baş tutacaq finalda ukraynalı Aleksandr Xijnyakla üz-üzə gələcək.

Ukraynanın Xarkov şəhərində kişi boksçular arasında keçirilən Avropa çempionatında yarımfinal görüşləri başa çatıb.

Publika.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Kamran Şahsuvarlı bu mərhələdə macarıstanlı Zoltan Harcsa ilə qarşılaşıb.

75 kq çəki dərəcəsində mübarizə aparan Olimpiya mükafatçımız növbəti döyüşdən də qalib ayrılıb. O, Harcsanı 4:1 hesabı ilə məğlub edib.

Şahsuvarlı sabah baş tutacaq finalda ukraynalı Aleksandr Xijnyakla üz-üzə gələcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm