İdman
Azərbaycan şahmatçısı FİDE Qran-Prisinin qalibi oldu
Azərbaycan şahmatçısı Teymur Rəcəbov İsveçrənin Cenevrə şəhərində keçirilmiş FİDE Qran-Prisinin qalibi olub.
Publika.az xəbər verir ki, 30 yaşlı qrossmeyster 9 turluq mübarizənin yekununda 6 xal əldə edib.
O, sonuncu turda ağ fiqurlarla ən yaxın izləyicisi, rusiyalı Yan Nepomnyaşi ilə heç-heçə etsə də, digər rusiyalı Aleksandr Qrişuk da holland Aniş Giri ilə xalı yarı bölüb. Nəticədə Rəcəbov ən yaxın izləyicilərini yarım xal üstələyərək, liderliyini qoruyub.
Azərbaycanın digər təmsilçisi Şəhriyar Məmmədyarov isə 5 xalla 4 - 10-cu yerləri bölüşüb. Rəcəbov 20 min avro, Məmmədyarov isə 11 min avro mükafata sahib olub.
FİDE Qran-Prisi 4 seriyadan ibarətdir. 24 şahmatçı bunların yalnız 3-də çıxış edir. Artıq 3 seriya başa çatıb. Aktivində 340 xal olan Şəhriyar Məmmədyarov 1-ci, 241,43 xala malik Teymur Rəcəbov isə 2-ci pillədə qərarlaşıb. 4-cü seriya 15 - 26 noyabrda İspaniyanın Palma de Malyorka şəhərində təşkil olunacaq. Məmmədyarov artıq 3 seriyaya qatıldığı üçün sonuncudan kənarda qalacaq. Rəcəbov isə iştirakçılar siyahısında olacaq. Reqlamentə əsasən, 4 seriyalıq FİDE Qran-Prisinin yekununda ilk 2 yeri tutan şahmatçılar İddiaçılar Turnirinə vəsiqə qazanırlar.
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?