"Qalatasaray" transferini açıqladı - 23,5 milyon avro
Bizi izləyin

İdman

"Qalatasaray" transferini açıqladı - 23,5 milyon avro

"Qalatasaray" yeni transferini rəsmən açıqlayıb.

İstanbul klubu "Vest Hem"dən Sofiane Fequlini heyətinə qatıb.

Əlcəzair yığmasının üzvü ilə 5 illik müqavilə imzalanıb. "Qalatasaray" bu transferə görə "Vest Hem"ə 4 milyon 250 min avro ödəyib.

İstanbul klubu futbolçunun maaşını da açıqlayıb. Fequli hər mövsüm 3 milyon 850 min avro maaş alacaq. Futbolçuya forma geyinəcəyi 10-cu rəsmi oyuna görə 75, 20-ci rəsmi matça görə 75 min avro mükafat veriləcək. Bundan başqa qarşıdakı 4 mövsümdə "Qalatasaray" Çempionlar Liqasının qrup mərhələsinə qatılacağı hər mövsüm futbolçu 200, Avropa Liqasını qazanacağı halda 100 min mükafat alacaq. Həmçinin ona Super Liqa və avrokubok matçlarında qazanılacaq hər xala görə 5 min avro mükafat ödəniləcək.

Beləliklə, mükafatlar nəzərə alınmamaqla (transfer haqqı və maaş) Fequlinin transferi "Qalatasaray"a 23 milyon 500 min avroya başa gəlib. (fanat.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm