İdman
Dünya və 5 qat Azərbaycan çempionundan yeni müqavilə
Yeni yaradılan qadın voleybolçulardan ibarət "Abşeron" klubunun baş məşqçisinin adına aydınlıq gəlib.
Publika.az apasport.az-a istinadən xəbər verir ki, Super Liqada debüt edəcək komanda Eldar Yusubova həvalə edilib.
Təcrübəli mütəxəssis "Abşeron"la 1 illik müqaviləyə imza atıb. Onunla növbəti mövsümlər üçün razılaşmanın müddətinin artırılacağı da istisna olunmur. "Rabitə" ilə 5 dəfə Azərbaycan çempionu olan Yusubovun qarşısına əsas məqsəd kimi gənc nəslin yetişdirilməsi vəzifəsi qoyulub. O, həmçinin komandasının uğurlu çıxışına cavabdehlik daşıyacaq.
Qeyd edək ki, Yusubov Azərbaycanın ən təcrübəli məşqçilərindən biri hesab olunub. 2007-2013-cü illərdə ölkəmizin ən titullu komandası "Rabitə"də məşqçi, 2013/2014 mövsümündə baş məşqçi işləyən çalışdırıcı bu komanda ilə klublararası dünya çempionatının qalibi, Çempionlar Liqasının 1 dəfə gümüş, 2 dəfə bürünc medalçısı olub. O, 2014/2015 mövsümündə "Telekom"da məşqçi və növbəti ildə baş məşqçi də işləyib. Yusubovun son iş yeri "Azəryol" olub. O, 2016/2017 mövsümündə bu komandaya Super Liqanın bürünc medalını qazandırıb.
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq