İdman
İlk açıqlama: “Anacan, bu, möhtəşəm duyğudur” - FOTOLAR
“Barselona”nın baş məşqçi postuna gətirilən Luis Enrike yeni vəzifəsində ilk dəfə açıqlama verib.
Publika.az xəbər verir ki, 44 yaşlı mütəxəssis sözlərinə: “Anacan, “Barselona”nın baş məşqçisi olmaq möhtəşəmdir”, – deyərək başlayıb.
Enrike daha sonra sözlərinə belə davam edib:
“Sadəcə texniki və taktiki rəhbərlik yetərli deyil. Komandanı, eqoları, motivasiyaları da idarə etmək lazımdı. Liderliyin mənasını daha da qloballaşdırmağın tərəfdarıyam və bunu öz stilimlə, ən yaxşı şəkildə etməyə cəhd edəcəm.
Komandada Messi kimi dünyanın ən yaxşı futbolçusuna sahib olmaq möhtəşəm duyğudur. Etiraf edək ki, Messinin bu mövsümdəki oyunu əvvəlki qədər yaxşı olmadı. Buna baxmayaraq dünyanın bir nömrəsi olmaqda davam edir.
Birlikdə ən yaxşı səviyyəyə yüksəlməyə ümid edirəm. Ancaq sadəcə Messi yox, İnyesta, Neymar və digər futbolçular da var. Neymar bu klubun ən əhəmiyyətli investisiyasıdır. Çox yaxşı bir futbolçudur. Onun “Barselona”da olmasından məmnunam”.
Qeyd edək ki, 1996-2004-cü illər ərzində "Barselona"da futbol oynayan Luis Enrike, bu müddət ərzində 2 La Liqa və 2 Kral Kuboku, bir İspaniya Superkuboku və bir UEFA Kubokunu qazanıb.
Aygün İlqarqızı
-
Cənubi Qafqaz10:00
Azərbaycan və Ermənistan arasında bölünəcək bu kənddə ölçmə işləri başladı - FOTO
-
ABŞ09:12
Milyarder bəşəriyyəti xəbərdar etdi: Atom bombasından da təhlükəlidir
-
İKT09:00
Bill Qeyts "Microsoft"da gizli işlə məşğuldur - Məlumat SIZDIRILDI
-
MDB08:00
Rusiyada səma çəhrayı rəngə boyandı - FOTO/VİDEO
-
MDB06:46
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ - Antaş balaca-böyük bilmədən...
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI