Rusiya elitası Putini belə yıxmaq istəyir - Şok plan açıqlandı
Bizi izləyin

MDB

Rusiya elitası Putini belə yıxmaq istəyir - Şok plan açıqlandı

Rusiya elitası Ukrayna müharibəsinin iştirakçılarından istifadə edərək Vladimir Putinə hücum etməyə cəhd edə bilər.

Publika.az xəbər verir ki, rejissor Nikita Mixalkov bu barədə etibarlı mənbələrə istinadən "Besoqon" adlı müəllif proqramında bildirib. O, bütün hücum strategiyasını təsvir edib. Mixalkov həyatını və sağlamlığını riskə ataraq müharibəyə gedən vətəndaşlardan ölkənin yeni elitasını formalaşdırmağa çağıran Rusiya liderinin sözlərini xatırladıb.

Bununla belə, Mixalkovun sözlərinə görə, onlar prezidentin Rusiya elitasının dəyişdirilməsi ilə bağlı dediyi hər şeyi dəyişməyə çalışırlar.

“Səbəbi isə aydındır: yeni elitanın gəlişi “belə yaşamağa öyrəşmiş və bu şəkildə yaşamağa üstünlük verən” köhnələrin getməsini nəzərdə tutur və buna müqavimət göstərəcəklər”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, Putinə hücum bir sıra tezislərin irəli sürülməsindən ibarətdir. Və bu, sadəcə məlumat kampaniyası deyil, Rusiyada birinci şəxsin dediklərini gözdən salmaq cəhdidir.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm