İdman
"Xəzər-Lənkəran”ın yalvardığı məşqçidən təzadlı açıqlama
Rumıniyalı mütəxəssis Mirça Rednik “Xəzər- Lənkəran”la apardığı danışıqlar barədə Rumıniya mətbuatına danışıb.
Publika.az xəbər verir ki, Rednik müsahibədə təzadll fikirlər səsləndirib.
– Siz gedəcəyiniz komandanı müəyyən etmisiz?
– Hələ qərara gəlməmişəm. Müxtəlif komandalarla danışıqlar aparıram. Belçikanın “Mexelen” klubundan təklif vardı. Ancaq imtina etdim. Mən "Xəzər Lənkəran”la fəal surətdə danışıqlar aparıram. Orada məni yaxşı tanıyırlar. Orada bir neçə il qabaq işləmişəm və razılığımı verdim.
– “Mexelen”dən niyə imtina etdiniz?
– Danışıqları dayandırdım, çünki, məyus idim. Düzünü deyim, “Standart” və “Genk”də işimdən sonra acı təəssüratlarım var. Onlar bizim çempionatın pley-off mərhələsinə çıxmağımızı istəyirdilər və biz çıxdıq. Heyətdə gəncləri görmək istəyirdilər. Mən gənclərə yer verdim. Buna rəğmən, onlar məni qovdular.
– Elə buna görə də siz Azərbaycana köçürsüz?
– Əmin deyiləm. Biz hələ heç kimlə müqavilə bağlamamışıq. Düzü, mən azərbaycanlıların təklifində maraqlıyam: belə ki, bu təklif maliyyə nöqteyi-nəzərindən sərfəlidi. Amma mən daha yüksək əməkhaqqı istəyirəm.
– Yəni cavab verməyə hələ tələsmirsiz?
- Bəli. Çünki mənim Rusiya və Qətərdən təkliflərim var.(futbolinfo.az)
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?
-
Nəqliyyat08:25
Bu yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
-
İdman08:20
Reşford yenə gecə klubunda: Bu dəfə kolumbiyalı gözəllə – FOTO