Millimiz İrlandiyaya uduzdu - Yenə 1:3
Bizi izləyin

İdman

Millimiz İrlandiyaya uduzdu - Yenə 1:3

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası 2019-cu il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.

V qrupda çıxış edən yığma ikinci matçında İrlandiya kollektivini qəbul edib. Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Yaşar Vahabzadənin baş məşqçi olduğu komanda səfərdə keçirdiyi ilk görüşdə İsrailə də 1:3 hesabı ilə uduzub.

Avropa çempionatı, seçmə mərhələ
V qrup

5 sentyabr

Azərbaycan - İrlandiya 1:3
Qollar:
Mahir Mədətov, 12 - Rayan Maninq, 9, 36. Riis Qreqo-Koks, 51
Qırmızı vərəqə: Elnur Cəfərov, 53
Baş hakim: Sandor Sabo
Baş hakimin köməkçiləri: Peter Kobor, Balaj Sert
Dördüncü hakim: Balaj Berke
Bakı. "Dalğa Arena”
Xal durumu: İrlandiya, Kosova - 9, İsrail - 3, Norveç, Azərbaycan, Almaniya - 0.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm