İdman
Azərbaycan kubokunun sahibi "Neftçi" oldu - YENİLƏNİB / FOTOLAR
Bu gün keçiriləcək Azərbaycan kubokunun final oyunu ilə 2013/14 mövsümünə yekun vurulacaq. Həlledici görüşdə “Qəbələ” və “Neftçi” üz-üzə gələcək.
Bu klublar Azərbaycan kubokunda ilk dəfə görüşəcək. "Qəbələ" ilk dəfədi kubokda finala yüksəlib. "Neftçi" isə ölkə kuboklarının ən uğurlu komandasıdı. Paytaxt təmsilçisi indiyə qədər 8 dəfə kubokun finalında oynamaq şansı qazanıb. Bunların ikisində (2000/2001, 2011/2012 mövsümləri) flaqman son anda məğlubiyyətlə üzləşib. 1994/1995, 1995/1996, 1998/1999, 2001/2002, 2003/2004, 2012/2013 mövsümlərində isə bu komanda kubokun baş mükafatına sahib çıxıb.
Azərbaycan Kuboku
Final
22 may
20:00. QƏBƏLƏ - NEFTÇİ
Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Zeynal Zeynalov, Rauf Cabbarov.
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Ömər Paşayev.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
QƏBƏLƏ: 1. Kamran Ağayev (k), 2. Rail Məlikov, 7. Marat İzmaylov, 8. Nizami Hacıyev, 9. Viktor Mendi, 10. Dodo, 14. Lorenso Ebesilio, 16. Ruslan Tağızadə, 18. İbrahima Niasse, 44. Rafel Santos, 46. Davronjon Erqaşev.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 19. Abdulvahid Afolabi, 22. Rodriqo Assis, 31. Daniel Subotiç, 42. Leonardo da Silva, 45. Murad Musayev, 88. Müşfiq Teymurov.
NEFTÇİ: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso,
6. Rəşad Sadiqov (k), 9. Flavinyo, 10. Cavid İmamverdiyev, 15. Erik
Ramos, 16. Bruno Bertuççi, 21. Samir Məsimov, 22. Məqsəd İsayev,
32. Elvin Yunuszadə, 90. Ernest Nfor.
Ehtiyat oyunçular: 1. Pavel Doroşev, 3. Denis Silva, 5.
İqor Mitreski, 14. Bahodir Nasimov, 19. Mirhüseyn Seyidov, 23.
Ruslan Qurbanov, 8. Elşən Abdullayev.
YENİLƏNMƏ
"Qəbələ"-"Neftçi" oyununda hesab oyunun 53-cü dəqiqəsində açılıb. "Neftçi"nin oyunçusu Samir Məsimov fərqlənib. 0:1.
YENİLƏNMƏ
Oyunun 72-ci dəqiqəsinda "Qəbələ"nin oyunçusu fərqlənib. Hazırda hesab 1:1-dir.
YENİLƏNMƏ
Qarşılaşmanın əlavə vaxtı da 1:1 hesabı ilə bitdiyindən penaltilərdən yaxşı yararlanan (3:2) Bakının "Neftçi" klubu Azərbaycan kubokunun bu ilki sahibi oldu.
-
İdman03:35
Əfsanə Enrikeni ələ saldı: deyirdilər ki…
-
Maraq dünyası02:19
Dünyanın ən lənətlənmiş adası: Kim yaşadısa... - FOTO
-
Region01:50
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO