Tennisin yeni 1 nömrəsi - - FOTO
Bizi izləyin

İdman

Tennisin yeni 1 nömrəsi - - FOTO

Çində keçirilən Açıq tennis turnirində finala yüksələn Simona Halepin bazar günü açıqlanacaq dünya reytinqində birinci olacağı dəqiqləşib.

Publika.az xəbər verir ki, rumın tennisçi Pekində təşkil olunan 6,3 milyonluq yarışın yarımfinalında Fransada finalda uduzduğu Yelena Ostapenkonu 6-2 və 6-4 hesabı ilə məğlub edərək adını finala yazdırıb.

26 yaşlı rumıniyalı bazar ertəsi açıqlanacaq dünya reytinqində liderliyi ispaniyalı Muquruzadan təhvil alacaq.

Xatırladaq ki, Çindəki turnirin finalında Petra Kvitova - Karolina Qarsia cütünün qalibi ilə qarşılaşacaq. (Goal.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm