Ronaldo uğurlarının sirrini açıqladı: “Rusiya mənə uğur gətirdi”
Bizi izləyin

İdman

Ronaldo uğurlarının sirrini açıqladı: “Rusiya mənə uğur gətirdi”

“Real” klubunun FİFA-nın ilin futbolçusu seçdiyi ulduzu Kristiano Ronaldo qazandığı uğurların arxasında Rusiyanın olduğunu deyib.

Publika.az xəbər verir ki, Ronaldo Rusiyanın ona şans gətirdiyini bildirib.

FİFA-nın tədbirində çıxış edən Ronaldoya "2018 Dünya Kuboku" və Rusiya ilə bağlı suallar ünvanlanıb.

​Ronaldo isə “Rusiyada bir neçə dəfə meydana çıxdım. Orada Çempionlar Liqasında qalib gəldim. Rusiya hər zaman mənə şans gətirdi. Keçən dəfə Portuqaliyanın şansı gətirmədi. Konfederasiya Kubokunu qazana bilmədik. Ancaq müsabiqə bizə yaxşı təcrübələr qazandırdı. Yaxşı tərəfindən baxsaq, Dünya Kubokunda məğlub olmaqdansa, orada məğlub olmaq daha yaxşıdır” deyib.

Qeyd edək ki, Ronaldo ilk Çempionlar Liqası medalını 2008-ci ildə “Mançester Yunayted” klubunda olarkən məhz Moskvada qazanıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm