AÇ-2020-nin açılış oyunu üçün İLK TƏKLİF - - FOTO
Bizi izləyin

İdman

AÇ-2020-nin açılış oyunu üçün İLK TƏKLİF - - FOTO

Sankt-Peterburq 2020-ci ildə Avropa çempionatının açılış oyununun bu şəhərdə keçirilməsinə iddia edir.

Publika.az xəbər verir ki, Rusiya Futbol İttifaqı (RFİ) artıq bu barədə UEFA-ya ərizə ilə müraciət edib. Rusiya Federasiyasının Baş nazirinin müavini Vitali Mutko deyib: “Biz ərizə verib (AÇ-2020-nin açılış oyununun keçirilməsinə) Peterburqu təklif etdik. Biz bütün şəraiti yaratmağa hazırıq”.

2020-ci ildə tarixdə ilk dəfə olaraq Avropa çempionatının oyunları 13 şəhərdə keçiriləcək. Oyunlar Sankt-Peterburq (Rusiya), Bakı (Azərbaycan), Buxarest (Rumıniya), Budapeşt (Macarıstan), Münxen (Almaniya), Brüssel (Belçika), Amsterdam (Niderland), Kopenhagen (Danimarka), Roma (İtaliya), Bilbao (İspaniya), Dublin (İrlandiya), London (İngiltərə) və Qlazqoda (Şotlandiya) təşkil ediləcək.

Sankt-Peterburqda qrup turnirinin üç oyunu və AÇ-2020-nin dörddəbir finalı keçiriləcək. Oyunları bu il Krestov adasında tikilən stadion qəbul edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm