İki karateçimiz DÇ-nin finalına yüksəldi
Bizi izləyin

İdman

İki karateçimiz DÇ-nin finalına yüksəldi

Karate üzrə gənclərdən ibarət seçmə komandanın üzvləri Fidan Teymurova (-48 kq) və Hümmət Baxşəliyev (-61 kq) dünya çempionatının finalına yüksəliblər.

Publika.az xəbər verir ki, İspaniyanın Tenerife şəhərində yarışın finalınadək son dünya ikincisi F.Teymurova dörd rəqibini, Avropa və dünya üçüncüsü H.Baxşəliyev isə beş idmançını məğlub edib. Final görüşləri ayın 27-də keçiriləcək.

Tatamiyə çıxan digər idmançımız, Avropa üçüncüsü Müseyib Məmmədov (-55 kq) ikinci görüşdə uduzaraq mübarizəni dayandırmalı olub. Qarşıdakı 3 yarış günü daha 8 karateçimiz medallar uğrunda yarışacaq. Dünya çempionatında 109 ölkədən 1710 idmançı iştirak edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm