Millimiz İtaliyaya uduzdu, Litvaya qalib gəldi
Bizi izləyin

İdman

Millimiz İtaliyaya uduzdu, Litvaya qalib gəldi

Yunanıstanın Krit adasında şahmat üzrə komandalararası Avropa çempionatına start verilib.

Publika.az-ın apasport.az-a istinadən məlumatına görə, qitə birinciliyində millimiz qadınlar və kişilərdən ibarət komanda ilə iştirak edir.

Mötəbər yarışın ilk turunda kişilərdən ibarət yığmamız İtaliya, xanım şahmatçılarımız isə Litva ilə qarşılaşıblar.

Teymur Rəcəbov, Arkadi Naydiç, Rauf Məmmədov və Qədir Hüseynovdan ibarət kişi millimiz İtaliyaya uduzub - 1.5:2.5.

Qadınlar yığmamız isə Litvanı məğlub edib - 2.5:1.5.

Komandalararası Avropa çempionatı

I tur

Kişilər

İtaliya - Azərbaycan - 2.5:1.5

1. Daniele Vokaturo (2607) - Teymur Rəcəbov (2741) - 0.5:0.5

2. Sabino Brunello (2555) - Arkadi Naydiç (2702) - 1:0

3. Danil Dvirni (2542) - Rauf Məmmədov (2678) - 0:1

4. Luka Moroni (2506) - Qədir Hüseynov (2647) - 1:0

Qadınlar

Litva - Azərbaycan - 1.5:2.5

1. Deymante Kornette (2404) - Günay Məmmədzadə (2393) - 1:0

2. Salomeya Zaksayte (2272) - Zeynəb Məmmədyarova (2298) - 0:1

3. Simona Kiseleva (2241) - Gülnar Məmmədova (2385) - 0.5:0.5

4. Saule Qaylunat (1838) - Xanım Balacayeva (2319) - 0:1

Oxumağa davam et
Reklam
Reklam

Gündəm