İdman
Ramin Musayev: "Stadiondan evə necə getdiyim yadımda deyil"
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev apasport.az saytına müsahibə verib.
Publika.az həmin müsahibəni təqdim edir:
- Çempionlar Liqasının V turunda keçirilən "Qarabağ" -
"Çelsi" (0:4) matçı istədiyimiz kimi başlasa da, eyni məcrada davam
etmədi. Sizin fikirləriniz necədi?
- Oyun haqda Qurban Qurbanov çox gözəl fikirlər bildirdi. Nə deyə
bilərəm? Üzüldüm, halım çox pisləşdi. Stadiondan evə necə getdiyim
yadımda deyil. Oyunda bəxt gətirmək məsələsi də var. Bəlkə də,
mənim sözümə futbol adamları güləcək. Ancaq deyim ki, dünənki
matçın əvvəlindəki hücum zamanı top tirə dəyməyib tora düşsəydi,
"Çelsi" üçün ağır gün olacaqdı. Hakimin Rəşad Sadıqovu meydandan
qovması isə bütün ümidlərimizi sındırdı.
- Düşünmürsünüz ki, oyunun qırılma anı penalti yox, məhz
topun tirə dəydiyi epizod idi?
- Bax, elə o idi. Tamamilə doğru qeyd etdiniz.
- Mübahisəli epizodların təkrarlarına
baxmısınızmı?
- Xeyr, baxmamışam. Çünki baxanda əsəbləşirəm.
- Həmin vəziyyətlərlə bağlı müxtəlif fikirlər
səsləndirilir. Sizin qənaətiniz nədi?
- Əgər eyni epizod qarşı tərəfin qapısı qarşısında yaransaydı,
hakim penalti verməyəcəkdi. Buna tam əminəm. Neçə illərdi, mövsümün
son oyununda "Qarabağ"ın başına iş gəlir.
- Ola bilərmi ki, bütün bunlar öncədən
planlaşdırılır?
- Yox, buna inanmıram. Amma reytinqi aşağı olan komandaya hakim bir
növ yuxarıdan aşağı baxır. Bir daha təkrar edirəm ki, o vəziyyət
rəqibin qapısı qarşısında olsaydı, hakimin qırmızı vərəqə və
penalti verəcəyinə inanmıram. "Qarabağ"ın bundan əvvəlki
matçlarının birində də eyni vəziyyət yaranmışdı. Dino Ndlovuya
qarşı kobudluq edilmişdi. Belə bir şey var idisə, onda niyə
penaltini vermədilər?
- İkinci penalti epizodu ilə bağlı düşüncəniz
nədi?
- İnanın ki, görməmişəm. Qırmızı vərəqədən sonra, həqiqətən də,
özümdə olmamışam.
- Düşünmürsünüz ki, hakimlər yanlış qərarlarla, bəlkə
də, bir komandanın mövsümboyu çəkdiyi əziyyəti yerə
vururlar?
- Dünən təkcə "Qarabağ"a, futbola yox, stadiona gələn hər kəsin
əziyyətinə pis oldum. Onlar sevinməyə layiq azarkeşlər idi. İrandan
belə, 100 azarkeş gəlmişdi. Mənim özümün bir neçə nəfər xarici
qonağım var idi. Türkiyədən, başqa ölkələrdən "Qarabağ"ın matçını
izləmək üçün gələnlər var idi. Mən onların üzülməyini gördüm. Ondan
sonra heç nə yadımda deyil.
- Çempionlar Liqası kimi turnirdə belə hakimlik
gördükdən sonra azərbaycanlı referilər haqda düşüncələriniz necə
olur?
- AFFA prezidenti Rövnəq Abdullayev bir dəfə gözəl ifadə işlətdi.
Dedi ki, avrokubok oyunlarına baxanda bizim hakimlərə çox şükür.
Səhv etmirəmsə, bu fikri cənab prezidentimiz də söyləyib. Hakimlər
də səhv edə bilərlər. Ancaq belə bir məsuliyyətli oyunda bu cür
səhvlərə yol verməyin nə dərəcədə doğru olduğunu bilmirəm.
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ