İdman
Azərbaycan Gimnastika Federasiyasında İSTEFA
Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının (UEG) prezidenti seçilməsi ilə bağlı AGF-dəki vəzifəsindən istefa verib.
Publika.az federasiyanın saytına istinadən
xəbər verir ki, yeni vəzifə ilə əlaqədar olaraq, AGF və UEG
arasında maraqların toqquşmaması baxımından F.Qayıbov AGF-nin İcra
Komitəsinə Baş katib vəzifəsindən azad olunması ilə bağlı müraciət
edib.
Qeyd edək ki, yaxın günlərdə keçirilməsi nəzərdə tutulmuş AGF-nin
İcra Komitəsinin iclasında federasiyanın yeni Baş katibinin adı
açıqlanacaq. Həmin günə qədər isə bu vəzifəni F. Qayıbov özü icra
edəcək.
Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyasının baş katibi
Fərid Qayıbov Avropa Gimnastika İttifaqının prezidenti seçilib.
Xorvatiyanın Split şəhərində Avropa Gimnastika İttifaqının 27-ci
konqresi çərçivəsində keçirilən prezident seçkilərində F.Qayıbov 28
səs toplamaqla bu posta digər namizəd, 20 səs toplamış sloveniyalı
rəqibini geridə qoyub.
Xatırladaq ki, F. Qayıbov 2013-cü ildə UEG-yə vitse-prezident seçilib və son 4 il ərzində həmin vəzifəni icra edib. Növbəti 4 il ərzində isə o, fəaliyyətinə 8 gimnastika növü daxil olan bu quruma rəhbərlik edəcək və avtomatik olaraq Beynəlxalq Gimnastika Federasiyasının İcra Komitəsinin üzvü olacaq.
-
Nida Xəbər 11:00
Binəqədidə Ulu Öndərin anım günü keçirildi - FOTO
-
Region10:23
İrandan bu güzəştləri tələb edirlər, əks halda müharibəyə cəlb olunacaq - Rəisidən etiraf
-
Region09:36
Paşinyana qarşı üsyanda Köçəryan izi: Ayağında “problem” olan keşiş oteldə tapıldı - FOTO
-
Rəsmi xronika09:12
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
-
Magazin104:44
“Xəbəri eşidəndən ağlayıram” - Mehriban Xanlarova
-
Kriminal04:14
Ananın məşqçi ilə yaxın münasibəti oğlunun ölümü ilə sonlandı: dəhşətli qətlin PƏRDƏARXASI - VİDEO
-
Cənubi Qafqaz03:13
İrəvanda yük maşını etirazçılara ÇIRPILDI
-
ABŞ02:42
Bayden Trampın debat təklifinə CAVAB VERDİ