İdman
"Keşlə" məğlubiyyət seriyasına yubiley qolu ilə son qoydu - -VİDEO
“Keşlə” klubu Azərbaycan çempionatlarında 300-cü səfər qolunu vurub.
Publika.az xəbər verir ki, yubiley qolu Topaz Premyer Liqasının XVI turunun “Kəpəz”lə Gəncədəki qarşılaşmasına təsadüf edib.
Qolun müəllifi Fuad Bayramov olub. Əvvəllər “Xəzər Universiteti” və “İnter” adları altında da çıxış edən paytaxt təmsilçisi rəqib meydanlarında 300 və daha çox qol vuran 4-cü komandadır. 300-cü qolu 251-ci səfər matçında vuran bakılılara qədər “Neftçi”, “Qarabağ” və “Kəpəz” bunu bacarıb.
Qeyd edək ki, “Keşlə” “Kəpəz”lə qarşılaşmada Bayramovun qolu sayəsində 1:0 hesabı ilə qalib gəlib. 11 oyunluq qələbə həsrətinə son qoyan komanda indiki adı və yeni baş məşqçisi Yuri Maksimovla ilk dəfə 3 xal əldə edib. Paytaxt klubu son qələbəsini 162 gün öncə 2017-ci il sentyabrın 9-da “Kəpəz”lə ev matçında qazanmışdı – 3:2. Bundan sonrakı 11 görüşdə 3 heç-heçəsi olan komanda 8 dəfə uduzub.
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?