İdman
SOCAR gürcüləri daha 1 il maliyyələşdirəcək
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Gürcüstan Milli Olimpiya Komitəsi (MOK) ilə əməkdaşlıq haqqında müqaviləni daha 1 il müddətinə uzadıb.
Memorandumu ARDNŞ-nin Gürcüstandakı nümayəndəliyinin direktoru
Mahir Məmmədov və Gürcüstan MOK-un prezidenti Leri Xabelov
imzalayıblar.
Tərəflər qeyd ediblər ki, ARDNŞ artıq uzun illərdir müxtəlif milli
idman federasiyaları ilə səmərəli əməkdaşlıq edir və Gürcüstanda
idmanın inkişafına öz töhfəsini verir. ARDNŞ artıq bir ildir
Gürcüstan MOK-un rəsmi sponsurudur.
Gürcüstan MOK-dan bildiriblər ki, bu dövr ərzində Şirkət Olimpiya
proqramları və layihələrinin maliyyələşdirilməsində, Olimpiya
hərəkatının irəliləməsində olduqca böyük rol oynayıb.
M.Məmmədov deyib: "Biz Gürcüstan idmanını maksimum dəstəkləmək istəyirik. Yəqin bilirsiniz ki, biz bir neçə federasiyanın tərəfdaşıyıq. Olimpiya Komitəsi ilə əməkdaşlıq bizim üçün böyük fəxrdir".
L.Xabelov bildirib: "Biz Gürcüstan idmanının inkişafına dəstək verən Şirkətə minnətdarıq. Onun köməyi sayəsində biz bir neçə vacib layihə həyata keçirdik. MOK-un 25 illik yubileyi yaxınlaşır və bizim planlaşdırdığımız bir çox şey var. Şadam ki, ARDNŞ bizə kömək edir". /Trend/
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu