UEFA Millətlər Liqasının mükafatları bəlli oldu - İNANILMAZ RƏQƏMLƏR
Bizi izləyin

İdman

UEFA Millətlər Liqasının mükafatları bəlli oldu - İNANILMAZ RƏQƏMLƏR

UEFA tarixdə ilk dəfə 2018-ci ildə keçiriləcək Millətlər Liqasının mükafatlarını açıqlayıb.

Publika.az xəbər verir ki, Avropa Futbol Çempionatına 4 komandaya birbaşa vəsiqə verəcək liqanın gəlirləri və bonus miqdarları da bəlli olub.

A, B, C və D olaraq, 4 liqa formasında təşkil ediləcək turnirdə ümumilikdə 76 milyon avro paylanacaq. UEFA liqaya qatılan 55 ölkəyə avtomatik olaraq qatılmaq pulu ödəyəcək. UEFA-dan əldə ediləcək gəlir isə liqadan liqaya dəyişir.

Belə ki, A liqası komandalarına 1,5 milyon, B liqasına 1 milyon, C liqasına 750 000, D liqası ölkələrinə isə 500 000 avro veriləcək.

Qruplarında birinci olan komandalara iştirak pulundan əlavə də vəsait ödəniləcək. A liqası liderlərinə 1,5 milyon, B liqası liderlərinə 1 milyon, C liqası liderlərinə 750 000, D liqası liderlərinə isə 500 000 avro veriləcək.

A liqasındakı qrup birincilərinin qatılacağı, 2019-cu ilin iyun ayında oynanılacaq son bölümün gəlirləri isə belə olacaq:

Qazanan: 4,5 milyon avro

Finalçı: 3,5 milyon avro

Üçüncü: 2,5 milyon avro

Dördüncü: 1,5 milyon avro

Buna görə, A liqası ölkələri turnirində ən yüksək 7,5 milyon avro, B liqası ölkələri 2 milyon avro, C liqası ölkələri 1,5 milyon avro, D liqası ölkələri 1 milyon avro gəlir əldə edəcək.

Ölkəmiz D liqasının 3-cü qrupunda mübarizə aparacaq.

D LİQASI

1.QRUP: Andorra - Qazaxıstan - Litva - Gürcüstan

2.QRUP: San Marino - Moldova - Lüksemburq - Belarus

3.QRUP: Kosova - Malta - Farer Adaları - AZƏRBAYCAN

4.QRUP: Cəbəlüttariq - Lixtenşteyn – Ermənistan – Makedoniya

MİLLƏTLƏR LİQASI NƏDİR?

Xüsusi matç sayının azaldılması məqsədi ilə qurulan və ölkələrə öz səviyyələrindəki rəqiblərlə görüşmək imkanə təqdim edən UEFA Millətlər Liqası eyni zamanda, 2020 Avropa Çempionatının finallarına qatılmaq üçün alternativ şans tanıyır.

UEFA-ya üzv olan 55 federasiyanın ölkə xalına görə təyin edilən A, B, C və D liqasının hər biri 4 qrupa bölünüb.

A LİQASI

3 komanda olmaqla, 4 qrup ayrılacaq. 4 qrupun lideri 2019-cu ilin iyun ayında çempionu aydınlaşdıracaq UEFA Millətlər Liqası finallarıda (yarımfinal, üçüncülük matçı və final) mübarizə aparacaq. Finalçılar arasından seçiləcək ev sahibi 2019-cu ilin dekabrında bəlli olacaq. Qrup sonuncusu olan 4 ölkə 2020-ci ildə təşkil ediləcək UEFA Millətlər Liqasında B qrupuna düşəcək. UEFA AVRO 2020-yə qatıla bilməyən ən çox xala sahib 4 ölkə 2020-ci ilin martında Avropa Futbol Çempionatının fianllarına gedəcək komandanı təyin etmək üçün pley-off oynayacaq.

B LİQASI

Bu liqadakı 12 ölkə 3 komanda olmaqla, 4 qrupa ayrılacaq. Qruplarında lider olan 4 ölkə A liqasına yüksələcək. Qrup sonuncusu 4 ölkə isə 2020-ci ildə oynanacaq digər turnirdə C liqasında düşəcək. B liqasında ən çox xalı olan və UEFA AVRO 2020-yə qatıla bilməyən 4 ölkə isə 2020-ci ilin martında Avropa Futbol Çempionatının fianllarına gedən komandanı aydınlaşdırmaq üçün pley-off oynayacaq.

C LİQASI

Komandalar 1 qrup 3, 3 qrup isə 4 olmaqla, 4 qrupa ayrılacaq. 4 qrup birincisi B liqasına yüksələcək. Qrup sonuncusu olan 4 ölkə 2020-ci ildə təşkil ediləcək UEFA Millətlər Liqasında D liqasına düşəcək. qrup sonuncuları isə digər qrup sonuncuları kimi pley-off oynayacaq.

D LİQASI

Komandalar 4 qrupa ayrılacaq. 4 qrup birincisi C liqasına yüksələcək. UEFA AVRO 2020-ci ilə qatıla bilməyən ən çox xala malik ölkə 2020-ci ilin mart ayında Avropa Futbol Çenmpionatının finallarına gedəcək komandanı təyin etmək üçün pley-off oynayacaq.

UEFA MİLLƏTLƏR LİQASININ MATÇ TƏQVİMİ

1. Həftə: 6-8 sentyabr 2018

2. Həftə: 9-11 sentyabr 2018

3. Həftə: 11-13 oktyabr 2018

4. Həftə: 14-16 oktyabr 2018

5. Həftə: 15-17 noyabr 2018

6. Həftə: 18-20 noyabr 2018

Final püşkü: dekabr 2018

Finallar: 5-9 iyun 2019

UEFA AVRO 2020 Pley-Off püşkü: 22 noyabr 2018

UEFA AVRO 2020 Pley-Off maçtları: 26-31 mart 2020

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm