İdman
Azərbaycanlı jurnalistlər Moldovada hamıya qan uddururlar
Moldovanın paytaxtı Kişinyov şəhərində jurnalistlər arasında mini-futbol üzrə Avropa çempionatı keçirilir.
Publika.az xəbər verir ki, yarışda Almaniya, Ukrayna, Litva, Moldova, Polşa, Rumıniya, Rusiya komandaları ilə yanaşı Azərbaycan jurnalistlərinin komandası da iştirak edir. Püşkatmanın nəticəsinə görə, "B" qrupunda yer alan komandamız çempionatda ilk oyununu Ukraynaya qarşı keçirib. Ukrayna komandası Avropa çempionatının favoritlərindən sayılsa da, azərbaycanlı jurnalistlər əsl əzmkarlıq nümayiş etdirərək rəqinə 2:1 hesabı ilə qalib gəlib. Ukraynalıların qapısına hər iki qolu ATV telekanalının operatoru Nurani İsgəndərov vurub.
Sonra jurnalist futbolçularımız Litva komandası ilə qarşılaşıb. Gərgin keçən matç Azərbaycan jurnalistlərinin minimal hesablı qələbəsiylə başa çatıb. Yeganə qolun müəllifi tanınmış jurnalist Emin Abbasov olub. Komandamız son oyunu Almaniyayay qarşı keçirəcək. Ancaq bu qarşılaşmanın nəticəsindən aslı olmayaraq komandamız qrup birinciliyini təmin edib.
Qolkiperimiz Faiq Əzizovun peşəkarlığı, jurnalist futbolçularımız Gündüz Abbaszadə, İlkin Fikrətoğlu, Erkin İbrahimov, Rəşad Qəmərşahoğlu, Anar Məmmədov, Cavid Allahverdiyev və Elnur Əşrəfoğlunun əzmkarlığının qələbələrin qazanılmasında böyük rolu olub. Qrup mərhələsinin ilk oyunlarından sonra jurnalstlər arasında Avropa çempionastının rəsmi açılış mərasimi keçirilib.
Açılış mərasimində Kişinyov şəhərinin meri Dorin Kirtoake, Moldova Futbol Federasiyasının rəhbəri Pavel Çebanu, Moldova Gənclər və İdman naziri Oktavian Bodiştyanu, bu ölkənin İdman Jurnalistləri Assosiasiyasının icraçı direktoru Eduard Çobanu çıxış edərək yarışın əhəmiyyətindən danışıblar. Bu cür yarışların jurnalistlər arasında idman mübarizəsi ilə yanaşı dostluq əlaqələrinin genişləməsinə kömək edəcəyini bildiriblər. Qeyd edək ki, yarışlar bitdikdən sonra Kişinyovda "İdmanın təbliğatında KİV-in rolu" mövzusunda beynəlxalq seminar keçiriləcək.
-
Maraq dünyası06:46
Pitonla kral kobranın ərazi üstündə döyüşü izləmə rekordu qırır - VİDEO
-
Magazin104:44
Dilarə Əliyeva: "14 il keçib hələ də bir insanla küsülüyəm" - VİDEO
-
Hadisə04:14
"Canavar gördüm" deyən 3 yaşlı qızın otağından görün nə çıxdı
-
Art03:43
"Arşın mal alan" filmi ilə bağlı nadir fotolar üzə çıxdı - VİDEO
-
Avropa02:42
Qrimm qardaşlarına məxsus "XƏZİNƏ" TAPILDI: indiyədək heç kimin...
-
Sosial02:12
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT OLDU
-
Qoroskop00:15
Günün ULDUZ FALI: yeni plan peyda olacaq
-
Magazin100:07
Azərbaycanlı müğənni evində ölü tapıldı - FOTO