İdman
Lənkəranda Mübariz Mənsimova qarşı qiyam
Türkiyəli mütəxəssis Oğuz Çətinin “Xəzər Lənkəran”a baş məşqçi təyin olunması cənub klubunun azarkeşləri tərəfindən birmənalı qarşılanmayıb.
Azarkeşlər buna qədər “Xəzər Lənkəran”da baş məşqçi işləmiş Mustafa Dənizlinin köməkçisi olmuş Oğuz Çətinin idman prinsipləri əsasında yox, pərdəarxası oyunlar nəticəsində baş məşqçi postunda oturduğunu düşünürlər. Lənkərandan Publika.az-a verilən məlumata görə, cənublu azarkeşlər bu situasiya ilə barışmaq istəmirlər.
Qeyd edək ki, Mustafa Dənizlinin istefasından sonra cənub klubunun azarkeşləri komandanın fəxri prezidenti, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimova məktub ünvanlamışdılar. Onlar məktubda Mənsimovdan xahiş edirdilər ki, komandanın sükanı arxasına Mirça Redniki gətirsin. İstəklərinin nəzərə alınmaması azarkeşlərin narazılığı ilə qarşılanıb.
Verilən məlumatda bildirilir ki, klubun azarkeş qrupları Mübariz Mənsimova qarşı aksiya hazırlayır. Artıq bu məsələ ilə bağlı azarkeşlər arasında ilkin danışıqlar da baş tutub. Azarkeşlər komandanın oyunlarını boykot etməklə yanaşı, sosial şəbəkələrdə Mübariz Mənsimova qarşı müxtəlif şüarlar altında kampaniyalar aparmağı planlaşdırırlar. “Mənsimovlar bizim qürurumuzu tapdalayıb” deyən azarkeşlər, “Palmali” istehsalı olan qida məhsullarının boykot olunması üçün də çağırışlar etməyi düşünürlər.
“Xəzər Lənkəran”ı brendə çevirən Mübariz Mənsimovun pulu yox, onun azarkeşləri olub. "Bir halda ki, Mənsimov belə azarkeşlərin qürurunu tapdalayır, onda komandasını da götürüb, Lənkərandan getsin” deyən azarkeşlər yaxın günlərdə klubun bütün azarkeş qruplarının iştirakı ilə görüş keçiriləcəyini və atılacaq addımlar barədə mətbuata məlumat veriləcəyini bildiriblər.
-
Sosial11:35
Bakıda yanan TIR-da yatan sürücü son anda XİLAS EDİLDİ - VİDEO
-
Cənubi Qafqaz09:50
Paşinyan 1000-dən çox xüsusi təyinatlını sərhədimizə göndərdi - Nə baş verir?
-
Hadisə09:35
Tanınmış aşığın gəlini evdən qaçdı - VİDEO
-
Nida Xəbər 09:30
Ermənistan polisi Azərbaycanla sərhəddə xüsusi əməliyyat keçirir - Saxlanılanlar var
-
Hadisə09:18
Əri tərəfindən başı kəsilən Sevincin toy görüntüləri - VİDEO
-
Magazin208:45
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” ETİRAFI - VİDEO
-
Ekologiya08:30
Bakıda küləkli hava nə vaxtadək davam edəcək?
-
Nəqliyyat08:25
Bu yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu