İngiltərə milli komandasının sabiq futbolçusu vəfat etdi
Bizi izləyin

İdman

İngiltərə milli komandasının sabiq futbolçusu vəfat etdi

Futbol üzrə İngiltərə milli komandasının sabiq futbolçusu və "Çelsi" klubunun keçmiş məşqçisi Rey Uilkins vəfat edib.

"Report"un məlumatına görə, o, 61 yaşında dünyasını dəyişib. Uilkins ötən həftə infarkt keçirərək yerə yıxılıb və xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, R.Uilkins 1976-1986-cı illər ərzində İngiltərə milli komandasında çıxış edib. Sabiq yarımmüdafiəçi futbolçu karyerası ərzində İngiltərənin "Çelsi" və "Mançester Yunayted", İtaliyanın "Milan" və Fransanın PSJ klublarında çıxış edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm