İdman
Güləş yığmamız Qazaxıstanı darmadağın etdi
Sərbəst güləş üzrə Azərbaycan milli komandası ABŞ-ın Ayova şəhərində keçirilən Dünya Kubokunda daha bir görüşünü qələbə ilə başa vurub.
Publika.az report.az-a istinadən bildirir ki, Firdovsi Umudovun baş məşqçi olduğu kollektiv Kubanın ardından Qazaxıstanı da darmadağın edib - 9:1.
Azərbaycanlı pəhləvanlardan yalnız 125 kq çəki dərəcəsində çıxış edən Cəmaləddin Məhəmmədov qələbə qazana bilməyib. Onun görüşündə heç-heçə qeydə alınsa da, qələbə sonuncu xalı qazanan rəqibinə verilib. Qalan güləşçilərdən Əfqan Xaşalov, Əhmədnəbi Qvarzatilov, Hacı Əliyev, Coşqun Əzimov, Hacımurad Ömərov, Cəbrayıl Həsənov, Aleksandr Qostiyev, Aslanbek Alborov və Roman Bəkirov qalib olub.
AZƏRBAYCAN - Qazaxıstan 9:1
57 kq. Əfqan Xaşalov - Muxambed Kuatbek - 8:1
61 kq. Əhmədnəbi Qvarzatilov - Rassul Kaliyev - 15*:15
65 kq. Hacı Əliyev - Sayatbek Okassov - 7:1
70 kq. Coşqun Əzimov - Meirjan Aşirov - 7:0
74 kq. Hacımurad Ömərov - Daniyar Kaisanov - 2:1
79 kq. Cəbrayıl Həsənov - Saken Aitjanov - 8:1
86 kq. Aleksandr Qostiyev - Elxan Assadov - 3:0
92 kq. Aslanbek Alborov - İlisxan Çilayev - 10:0
97 kq. Roman Bəkirov - Mamed İbraqimov - 3:2
125 kq. Cəmaləddin Məhəmmədov - Daulet Şabanbay - 3:3*
"B" qrupundakı ilk tur qarşılaşmasında Azərbaycan millisi Kubanı 8:2 hesabı ilə yenib. Qrupda sonuncu görüş bu gün Bakı vaxtı ilə saat 19:00-da Monqolustana qarşı olacaq.
-
Nida Xəbər 18:30
Zakir Həsənova yeni müavin təyin edildi - FOTO
-
Sosial17:17
Sabahdan leysan yağacaq, çaylardan sel keçəcək
-
Nida Xəbər 16:14
Putin İlham Əliyev və Paşinyanla ikitərəfli görüş keçirəcək
-
Nida Xəbər 15:32
Durov Azərbaycana nə məqsədlə gəlibmiş? - Emin Ağalarov detalları açıqladı
-
Kriminal14:58
Arvadını və körpəsini öldürən Fəridə hökm oxundu
-
Region13:16
Bayramov və Mirzoyan arasında xüsusi görüş olacaq? - Moskvada İCLAS BAŞLAYIR
-
Avropa12:38
Ukrayna müharibəsi cəmisi 15 günə başa çatacaq: Borelldən sensasion açıqlama
-
Nida Xəbər 11:36
General Bərxudarov vəzifədən azad olunmasına belə reaksiya verdi: "Bu söhbətin başını buraxın"