Çempionlar Liqasının ən həyəcanlı matçı türkiyəli hakimlərə tapşırıldı
Bizi izləyin

İdman

Çempionlar Liqasının ən həyəcanlı matçı türkiyəli hakimlərə tapşırıldı

Çempionlar Liqasının yarımfinal mərhələsində baş tutacaq “Real Madrid” – “Bavariya” matçının hakim briqadası məlum olub.

Publika.az xəbər verir ki, turnirin ən kritik matçı kimi dəyərləndirilən matç türkiyəli FİFA lisenziyalı hakim Cüneyt Çakıra tapşırılıb.

Ona yan xətdə Bahəddin Duran və Tariq Onqun kömək edəcək.

Çempionlar Liqasında 37-ci matçına çıxacaq Cüneyt Çakır 2015-ci ildə idarə etdiyi Çempionlar Liqası finalı xaricində 5-ci dəfə ÇL-in yarımfinal oyununu ifarə edəcək. Beləliklə, C.Çakır ÇL-də son 4 mövsümdə 1-ifinal olmaqla, 4 yarımfinal oyunu idarə etmiş olacaq.

Qeyd edək ki, bu komandalar arasında baş tutan ilk matç 2:1 hesabı ilə "Real"ın xeyrinə başa çatmışdı.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm