Kosta-Rika 0 - 1 Serbiya - (YENİLƏNİR)
Bizi izləyin

İdman

Kosta-Rika 0 - 1 Serbiya - (YENİLƏNİR)

Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatının qrup mərhələsi davam edir.

Növbəti oyun "E" qrupu çərçivəsindəbaş tutub, Kosta-Rika və Serbiya komandaları qarşılaşıb. Oyun Samara şəhərində, "Samara Arena" stadionunda keçirilib.

Oyun serblərin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Oyunun yeganə qolunu 57-ci dəqiqədə cərimə zərbəsindən Serbiya millisinin kapitanı, müdafiəçi Aleksandr Kolarov vurub.

Qrup çərçivəsində növbəti oyun Bakı vaxtı ilə 19:00-da keçiriləcək. Rostov-Na-Don şəhərinin "Rostov Arena" meydanında Braziliya və İsveçrə komandaları görüşəcək.

***

Bu gün Rusiyada keçiriləcək DÇ-2018-də növbəti oyunlar keçiriləcək.

Publika.az xəbər verir ki, yarışın 4-cü günündə 3 qarşılaşma baş tutacaq.

E qrupunda Serbiya və Kosta-Rika milliləri mundialda ilk görüşlərinə çıxacaq.

Ardınca F qrupunda mübarizəyə start veriləcək. Son dünya çempionu Almaniya titulunu qorumaq üçün ilk addımını atacaq. Bundestim Meksikanı sınağa çəkəcək.

E qrupunun ikinci oyunu ilə günə yekun vurulacaq. Braziliya İsveçrəni sınağa çəkəcək.

DÇ-2018. 1-ci tur

17 iyun

E qrupu

16:00. Kosta-Rika – Serbiya

Hakim: Malanq Diedhiou (Seneqal)

Samara. “Samara Arena”

F qrupu

19:00. Almaniya – Meksika

Hakim: Alireza Faqani (İran)

Moskva. “Lujniki” stadionu

E qrupu

22:00. Braziliya – İsveçrə

Hakim: Seszar Arturo Ramos (Meksika)

Rostov. “Rostov Arena”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm