İdman
Avrokuboklardakı rəqiblərimiz məlum oldu
Qadın voleybolçular arasında CEV Kubokunun və “Çelenc Cup”ın püşkatma mərasimi keçirilib. Lüksemburqda baş tutan tədbirdə Azərbaycan klublarının rəqibləri bilinib.
CEV Kubokunda çıxış edəcək “İqtisadçı” İspaniyanın “Loqrono” klubuna rəqib olub. Komandamız 1/16 final mərhələsindən yarışa qatılacaq. Bakı klubu 1/8 finala çıxacağı halda, “Orbita” (Ukrayna) - “Daufines” (Belçika) cütünün qalibi ilə görüşəcək.
Bu turnirdəki digər təmsilçimiz “Lokomotiv” isə 1/16 finalda Almaniyanın “Rote Raben” klubu ilə üz-üzə gələcək. Komandamız rəqibini mübarizədən kənarlaşdırarsa, “Salsit” (Sloveniya) - “Srvena Zvezda” (Serbiya) cütünün güclüsünü sınağa çəkəcək.
“Çelenc Cup”da çıxış edəcək “Azərreyl” isə ilk mərhələdən azaddı. Mübarizəyə II təsnifat mərhələsindən qatılacaq Avstriyanın “İnnsbruk” klubuna rəqib olub.
Qeyd edək ki, CEV kubokunun 1/16 final və “Çelenc Cup”ın II təsnifat mərhələsinin ilk oyunları noyabrın 11-13-də, cavab görüşləri həmin ayın 25-27-də olacaq. Komandalarımızın hər üçü birinci qarşılaşmasını səfərdə keçirəcəklər.
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
-
Nəqliyyat08:00
Bu yolda sürət həddi bərpa edildi - YENİLƏNDİ
-
Hadisə07:39
Siqaret çəkərkən saçları alovlanan qadın öldü - FOTO
-
Sağlamlıq07:10
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var - - Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
-
Dünya06:28
Son illər dünyada təbii fəlakətlər niyə ARTIB?
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...